27 C
Baku
Saturday, July 27, 2024

Bakıda helicopter hərracı baş tutmad

Bu yaxınlarda Bakıda 3 vertolyotun hərraca çıxarılması xəbəri yayıldı. İlkin informasiyada qeyd edilirdi ki, hərrac mayın 24-də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək.

Vertolyotun təyinatı, qiyməti, istehsal ili ilə maraqlandıq. Bəlli oldu ki, hərraca çıxarılması planlaşdırılan vertolyotların hər üçünün istismar müddəti başa çatıb. Hər üç vertolyot Mİ-8 MTV1 model hava nəqliyyatıdır. Onlardan ikisi 1993-cü ildə, biri isə 1991-ci ildə istehsal olunub.

1991-ci ildə istehsal olunan vertolyotun ilkin qiyməti 130 min 23 manat, 1993-cü il istehsalı olan vertolyotlardan birinin start qiyməti 134 min 271 manat, digərinki isə 134 min 323 manat müəyyən edilib.

Banker.az xəbər verir ki, vertolyotların sabah hərraca çıxarılması gözlənsə də, Teleqrafın əldə etdiyi məlumata əsasən, hərrac baş tutmayacaq. Buna səbəb heç bir sifarişçinin olmaması göstərilir.

Qaydaya görə, vertolyota sahib olmaq istəyənlər sənədlərini hərracın başlamasına ən geci 3 gün qalmış hərrac komissiyasına təqdim etməlidir. Sifarişçidən şəxsiyyətini təsdiq edən sənəd və vertolyotun start qiymətinin 10%-i məbləğində behin banka köçürülməsi barədə qəbz tələb olunur. 1993-cü il istehsallı Mİ-8 MTV1 model vertolyota sahiblənmək istəyən şəxs 13 min 427 manat beh ödəməli idi. 1993-cü il istehsallı digər vertolyot üçün müəyyənləşmiş beh qiymət isə 13 min 432 manat təşkil edir. 1991-ci il istehsalı olan eyni model almaq istəyən şəxsdən isə banka 13 min 2 manat beh verməsi tələb olunurdu.

Xəbərə görə, vertolyotlardan ikisi artıq bir dəfə hərraca çıxarılıb və satılmayıb, onların təkrar hərraca çıxarılması düşünülüb. Bu iki vertolyotla yanaşı 1993-cü il istehsalı olan Mİ-8 MTV1 tipli vertolyot da bu dəfə hərraca çıxarılmalı imiş. Lakin heç bir vertolyotun müştərisi olmayıb.

Son xəbərlər
Digər xəbərlər