Bakıda yağışlarla mübarizə üçün islahatlara ehtiyac var – Eldar Əzizov

Bakıda bir neçə gün əvvəl müşahidə olunan intensiv yağışlar şəhər infrastrukturunun iqlim dəyişikliklərinə uyğunlaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsini zəruri edir.

Bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Onun sözlərinə görə, son günlərdə yağan güclü yağışlar iqlim dəyişikliklərinin təsirlərini bir daha nümayiş etdirib.

E. Əzizov qeyd edib ki, yağış sularının idarə olunması və şəhər infrastrukturunun dayanıqlığının artırılması istiqamətində müəyyən islahatların aparılmasına ehtiyac var.

“Bu baxımdan müvafiq görüşlər keçirilib və problemin həlli üçün çıxış yolları tapılmalıdır”, – deyə o vurğulayıb.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər