Bakıda yarım milyon manatdan çox dələduzluqda təqsirləndirilən Fəxrəddin Cavanşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.
Qeyd edək ki, Cavanşirov Fəxrəddin Süleyman oğlu Baş Prokurorluğun İstintaq İdarəsində və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan bəzi vətəndaşların qohumlarına yalan vəd verməklə, guya cinayət işlərinə xitam verilməsinə köməklik göstərəcəyini bildirərək ayrı-ayrı şəxslərdən 165 min manat məbləğində pul alıb.
İş üzrə 5 nəfər zərərçəkmiş kimi tanınıb. İş üzrə ümumi ziyan yarım milyon manatdan çoxdur.