19 C
Baku
Monday, May 20, 2024

Bakıda yaşayıb rayon qeydiyyatlı maşın sürənlərin nəzərinə

Yol polisi Bakıda rayon qeydiyyatı ilə avtomobil sürən sürücülərə qarşı tədbirlərə başlayıb.

Lent.az-ın məlumatına görə, yol polisi Bakıda anadan olmuş şəxslərə də güzəşt etmir və avtomobil əgər paytaxt qeydiyyatında deyilsə, həmin nəqliyyat vasitəsinin şəhərdən çıxarılmasını tələb edir. Sürücülər isə Bakıda yaşadıqlarını, burada qeydiyyatda olduqlarını əsas gətirərək bu tələblə razılaşmırlar.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, Bakıda avtomobil idarə edən şəxslər nəqliyyat vasitələrini mütləq öz adlarına səndələşdirməlidirlər. Yəni Bakı sakininin rayon qeydiyyatında olan nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməsi artıq mümkün olmayacaq: “Maşın kimə məxsusdursa, onu öz adına rəsmiləşdirməlidir. Bakı sakininin rayon qeydiyyatı ilə avtomobil idarə etməsi artıq mümkün olmayacaq. Sürücü maşını öz adına keçirdikdə, həm də yeni nömrə almış olacaq və problem birdəfəlik həll ediləcək. Belə hallara tez-tez rats gəlinir. Ümumiyyətlə, rayon qeydiyyatlı avtomobillərin paytaxta buraxılmaması ilə bağlı narazılıqlar var. Amma bu prosesdən razılıq edənlərin sayı narazılardan 100 dəfələrlə çoxdur”.
bizimyol
Son xəbərlər
 ⁠
Digər xəbərlər