15 C
Baku
Tuesday, September 27, 2022

Bakıda yeni Alman liftlərinin quraşdırılmasına başlanılıb

Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi paytaxtda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Almaniyanın “Wittur Holding GMBH” şirkəti ilə müqavilə imzalayıb.

Bakı Şəhər İcra Hakimiyyətindən  verilən məlumata görə, müqavilə əsasında bu ilin sonuna kimi 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub.

Hazırda 63 ədəd lift gətirilib və paytaxtın Nizami rayonunda quraşdırılmasına başlanır. Bu ilin sonuna kimi bütün liftlərin gətirilməsi və quraşdırılması həyata keçiriləcək. Hazırda gətirilən liftlərin birinci hissəsi Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında quraşdırılmağa başlanılıb.

Bildirilib ki, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcək. Bağlanan müqavilələr və görülən işlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunacaq.

ba9c8394 5b41 46ad ade9 d1ae8c81f7fede1793a9 ed2c 458f 97aa eacbae4ce5cb6ef3009d 62a7 4434 90ce eb42ef39c3499fe27d44 2450 4a0a afbb 63c4f09637de

Son xəbərlər
Oxşar xəbərlər