6 C
Baku
Thursday, December 5, 2024

Bakıda yeni avtobuslar istifadəyə verildi

Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.

Banker.az xəbər verir ki, Hövsan qəsəbəsini (MİDA) “28 May” metrostansiyası və “Əhmədli” metrostansiyası ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar sərnişinlərin istifadəsinə verilib.

Sürətli sərnişin daşınmasını təmin edəcək 121E və 140E nömrəli ekspres marşrutlar saat 06:30 – 21:00-dək fəaliyyət göstərəcək və yalnız marşrut üzrə əvvəlcədən müəyyən edilmiş dayanacaq məntəqələrində dayanacaq.

“28 May” metro stansiyasını Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli müntəzəm marşrutun istismarı isə müsabiqədə qalib gələn yeni daşıyıcı tərəfindən həyata   keçiriləcək. Qeyd edilən marşrutlar üzrə müasir “Avro 6” standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz mühərrikli orta və böyüktutumlu avtobuslar nağdsız qaydada fəaliyyət göstərəcək.

Bundan əlavə, M.Şərifli küçəsi (Vərəm dispanseri) – Xətai rayonu Cavanşir küçəsini əlaqələndirən 12 nömrəli müntəzəm marşrutda müasir və rahat avtobuslar istifadəyə verilib.

Optimallaşdırma işləri çərçivəsində Şüvəlan – Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən 136 nömrəli müntəzəm marşrut ləğv edilib.

Son xəbərlər
Digər xəbərlər