-3 C
Baku
Sunday, December 15, 2024

Bakıda yeni “McDonald’s” açıldı – Fotolar

Yasamal rayonu, Tbilisi prospekti ilə Ş.Mehdiyev küçəsinin kəsişməsində yeni “McDonald’s” restoranı açılıb.

“Grand Hayat” kompleksinə daxil olan binada yerləşən yeni restoranın layihələndirilməsində müasir dizayn və yüksək texnologiya tətbiq edilib. Restoran qida sənayesinin ən son trendlərinin bütün tələblərinə cavab verən avadanlıqlarla təchiz edilib.

175-dən çox oturacaq yeri üçün nəzərdə tutulmuş interyerə malik dəbli restoran, unikal “Luna” dizaynı ilə fərqlənir. “McDonald’s” şəbəkəsinin bu cür innovativ dizayna malik restoranının Azərbaycanda ilk, Avropada isə birinci restoranlarından olması bu restoranı daha maraqlı məkana çevirir. Bura həm küçədən, həm də birbaşa “Grand Hayat” yaşayış kompleksindən daxil olmaq mümkündür.

Yeni açılmış “McDonald’s” restoranında Bakı sakinlərinin və paytaxt qonaqlarının bəyənmiş olduğu interaktiv özünəxidmət köşkü də mövcuddur. Restoranın qonaqları burada, həmçinin “masa arxasında xidmət”dən də faydalana biləcəklər. Bu xidmət sifarişi masa arxasında qəbul etməyə imkan verir.

Bundan başqa, restoranda maşını tərk etmədən sifariş vermək, ödəniş etmək və sifarişi qəbul etmək kimi rahat imkanlar yaradan “MakAvto” xidməti də fəaliyyət göstərir. Bütün müasir və aktual xidmət kanalları vasitəsilə əlçatan olmaqda davam edən yeni “McDonald’s”ın sevimli yeməklərini “Wolt” və ”Bolt Food” kimi çatdırılma operatorları vasitəsilə “McDelivery” xidmətindən sifariş vermək olar.

“McDonald’s” Azərbaycan bazarına daxil olmuş dünyaca məşhur ilk brendlərdən biridir. Azərbaycanda ilk “McDonald’s” restoranı 1999-cu il noyabrın 6-da Bakı şəhərində yerləşən Fəvvarələr meydanında açılıb və dərhal qonaqlar arasında populyarlıq qazanıb.

Bu restoranın açılması ilə 80 yeni iş yeri yaradılıb. Ən qabaqcıl ictimai qida şəbəkələrindən biri olaraq, hazırda ölkədə 21 restoranı fəaliyyət göstərən “McDonald’s” şirkəti 1900-dən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.

 

02
03
04
05
06
09
10
Son xəbərlər
Digər xəbərlər