Azərbaycanda “RD Smart Hotel” qeydiyyatdan keçib.
Banker.az xəbər verir ki, bu yeni yaradılacaq otelin nizamnamə kapitalı 50 manatdır.
2 mart 2020-ci ildə dövlət qeydiyyatına alınan otelin qanuni təmsilçisi Həmidov Rasim Fizuli oğludur.
“RD Smart Hotel” Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi ev.yol 10 ünvanında fəaliyyət göstərəcək.
Bildirək ki, həmçinin eyni şəxsə məxsus, eyni ünvanda “RD Smart” MMC də fəaliyyətə başlayacaq.