“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Ceyhun Hacıbəyli küçəsində yerləşən yeni salınmış park ərazisində Təbiət Tarixi muzeyinin yaradılması ilə bağlı satınalma müsabiqəsi açıq elan edilib.
Banker.az xəbər verir ki, müsabiqə çərçivəsində muzeyin yaradılması, interyer işlərinin görülməsi və eksponatlarla təchiz edilməsi nəzərdə tutulur.
Layihə həm tikinti-təmir, həm də muzeyin tam funksional fəaliyyətə hazır vəziyyətə gətirilməsini əhatə edir.
Layihənin ehtimal olunan dəyəri 25 323 735 manat təşkil edir







