8 C
Baku
Friday, March 29, 2024

Bakıda yeni simsiz rabitə şəbəkəsi yaradılıb

Bakıda əşyaların internetini (“Internet of things” – IoT) birləşdirəcək simsiz rabitə şəbəkəsi yaradılıb.

Bunu “Sumaks” şirkətinin icraçı direktoru Cavid Məmmədov deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində bir sıra fərqli cihaz şəbəkəyə qoşulub və sınaqdan keçirilib. 

Qeyd edək ki, layihə dövlət qurumu tərəfindən həyata keçirilir və ilkin məlumata əsasən, onun təqdimatı cari ilin dekabr ayında gözlənilir.

LoRaWAN texnologiyasının əsas funksiyası ətrafda olan IoT cihazları arasında məlumat mübadiləsinin yaradılmasıdır. Şəbəkəni yaratmaq üçün olduqca az xərc tələb olunur. Məsələn, bir LoRaWAN baza stansiyasının quraşdırılması orta hesabla 300 ABŞ dollarına başa gəlir. 1 000 cihaz arasında məlumat mübadiləsi üçün isə baza stansiyasının minimal internet tarif planına qoşulması kifayət edir.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər