Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs “Techmaster” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhərində yeni svetofor məntəqələrinin təşkili üçün svetofor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işlərinin satın alınması; habelə, mövcud svetofor məntəqələri üzrə müvafiq işlərin görülməsi, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 3 178 566 manatdır.