23 avqust 2022-ci il tarixində Bakı şəhərində hərraca çıxarılacaq dövlət müəssisəsinin siyahısı açıqlanıb.
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).Qeyd: Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küşəsi, 20 ünvanında (Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanının binası, 2-ci mərtəbə) hərrac komissiyası tərəfindən keçiriləcəkdir.
Hərracın keçirilməsi haqqında əlavə məlumatları “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsdən (telefon: 012-514-23-64) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsindən (telefon: 012-490-24-08; daxili: 2-85) almaq olar.
№ | Müəssisə və obyektin adı | Ünvanı | Tabe olduğu təşkilatın adı | Ümumi faydalı sahəsi (kv.m) |
Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
İşçilərin sayı | Əmlakın ilkin (start) satış qiyməti (100%) (manat) |
Əmək kollektivinə güzəştli şərtlərlə satımış hissə (15%) (manat) |
Torpaq sahəsinin ilkin (start) satış qiyməti (manat) |
Hərraca çıxarılan ümumi ilkin (start) satış qiyməti (manat) |
10% beh (manat) |
1 | “B.Sərdarov adına maşınqayırma zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti | Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 | AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs | 58471.9 | 117787.3 | 14 | 11280500 | 1692075 | 4780500 | 14368925 | 1436893 |