Azərbaycanın audit, vergi, konsaltinq və hüquq firmalarından biri olan “Caspian Consulting and Partners” MMC rəsmi olaraq “Parker Russell International” şəbəkəsinə qoşulub.
Banker.az-ın mənbələrdən əldə etdiyi məlumata görə isə, tənzimləyici Azərbaycan Respublikası Auditorlar Palatası bu adı qeydiyyata alıb.
Şirkət 2016-cı ilin mayında təsis edilib və şirkət artıq 2025-ci ilin mayından adını “Caspian Consulting and Partners” MMC-dən “Parker Russell Azerbaijan” MMC-yə dəyişdirib.
“Bu strateji genişlənmə, Cənubi Qafqaz regionunda sürətlə artan tələbat fonunda şəbəkəmizin mövcudluğunu gücləndirir və qlobal miqyasda əhatəmizi və imkanlarımızı daha da artırır”- deyə 18 ölkədə fəaliyətdə olan “Parker Russell International”dan Banker.az-a məlumat daxil olub.
Bakı şəhərində yerləşən “Caspian Consulting and Partners” MMC-yə üç partyor – Nurlan Quliyev, Azar Quliyev və Elmar Abasov və dörd direktor rəhbərlik edir və firmada 30 ixtisaslı mütəxəssis çalışır.
Auditorlar Palatası şirkətə təqdim etdiyi lisenziyanın müddəti 2027-ci ilin oktyabrında bitir.