12 C
Baku
Monday, September 30, 2024

Bakıdakı bankomatlar pul xırdalamağa başlayıb

Azərbaycanda bankomatlardan pul çıxaranlar həmin məbləği istənilən əskinaslarla əldə edə bilərlər. Fins.az-ın məlumatına görə, bu “MilliKart” prosessinq mərkəzinin “Cash algorithm” xidməti vasitəsilə mümkün olub.

Bu xidmət sayəsində müştəri öz istəyindən asılı olaraq bankomatdan pulu iri və yaxud kiçik əskinaslarla çıxara bilərlər. Yəni, müştərinin seçimindən asılı olaraq pul tamamilə 50 və 100 manatlıq əskinaslardan ibarət verilə bilər, pulu 1,5,10,20 manatlıqlar vasitəsilə də götürmək olar.

Cash algorithm xidməti

“Cash algorithm” xidməti “Millikart”ın tərəfdaşı olan 18 bankın təxminən 700 bankomatında göstərilir. Həmin banklar aşağıdakılardır:

-Azərbaycan Sənaye Bankı
– Azər-Türk Bank
– Dəmirbank
– Expressbank
– Kredobank
– Naxçıvanbank
– Unibank
– Zaminbank

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.