5 C
Baku
Saturday, December 14, 2024

Bakıdakı Dəmiryol Muzeyi yenidən fəaliyyətə başlayıb

Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Dəmiryol Muzeyi yenidən ziyarətçilərini qəbul etməyə başlayıb.

Bu barədə ADY-dən bildirilib.

Muzeyin açılışı 19 noyabr 2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Koronavirus (COVID-19) pandemiyası dövründə qapalı qalan muzeydə yenidənqurma işləri aparılıb və yeni ekspanatlarla daha da zənginləşdirilib.

Dəmiryol Muzeyi Bakı sərnişin stansiyasının tarixi vağzal kompleksinə daxil olan üç binadan biri – Sabunçu vağzalının binasında (“28 May” metro stansiyasının yaxınlığında) yerləşir.

Muzeyə giriş məktəblilər və tələbələr üçün ödənişsiz əsaslarla həyata keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər