Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə 2021-ci il noyabrın 21-də ölkə üzrə 393 ictimai iaşə obyektində 665 monitorinq keçirib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Agentlikdən bildirilir ki, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Rəcəbli 3103 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Nuru Zərbəli oğluna məxsus restoran;
2. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi 11 ünvanında yerləşən, fiziki şəxs “Nabikoğlu” MMC-yə məxsus “Chef Baku” restoranı;
3. Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi, ev 49 ünvanında yerləşən, fiziki şəxs Əliyev Ruslan Mübariz oğluna məxsus “The Hall By Emiland” restoranı;
4. Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küç., ev 29 ünvanında yerləşən, fiziki şəxs Hudulov Tələt Dibirhacı oğluna məxsus kafe.