10 C
Baku
Thursday, December 12, 2024

Bakıda məşhur restoranlar cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə 2021-ci il noyabrın 21-də ölkə üzrə 393 ictimai iaşə obyektində 665 monitorinq keçirib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Agentlikdən bildirilir ki, monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi ‎rayonu, Ə. Rəcəbli 3103 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Nuru Zərbəli oğluna məxsus restoran;

2. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi 11 ünvanında yerləşən, fiziki şəxs “Nabikoğlu” MMC-yə məxsus “Chef Baku” restoranı;

3. Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi, ev 49 ünvanında yerləşən, fiziki şəxs Əliyev Ruslan Mübariz oğluna məxsus “The Hall By Emiland” restoranı;

4. Bakı şəhəri, Nizami‎ rayonu, Rüstəm Rüstəmov küç., ev 29 ünvanında yerləşən, fiziki şəxs Hudulov Tələt Dibirhacı oğluna məxsus kafe.

Son xəbərlər
Digər xəbərlər