14 C
Baku
Friday, May 24, 2024

Bakıdakı müəssisədə nöqsanlar aşkar olundu, fəaliyyəti məhdudlaşdırıldı

Bakının Nizami rayonu, Babək prospekti, NZS qəsəbəsi, Y.Səfərov küçəsində fəaliyyət göstərən, Həsənov Rafiq Süleyman oğluna məxsus “Göyçə təndiri” kulinar məmulatların istehsalı və satışı müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub.

AQTA-dan bildirilir ki, müəyyən edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

1660023687ictimaiiashe png

Son xəbərlər
 ⁠
Digər xəbərlər