17 C
Baku
Monday, May 20, 2024

Bakıdakı “Şimal” Elektrik Stansiyası üçün estakada və nasos stansiyaları tikilir

“Şimal” Elektrik Stansiyasını yaxın perspektivdə dayanmaq təhlükəsindən çıxarmaq, onu xilas etmək üçün təxirəsalınmaz şəkildə Xəzər dənizinin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisinə başlanılıb.

Bunu “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib.

“Xəzər dənizində son 20 ildə suyun səviyyəsinin 2 metrə yaxın aşağı düşməsi ölkənin 2-ci böyük elektrik stansiyası olan, Bakının ərazisinin 40 %-dən artıq hissəsini elektrik enerjisi ilə təchiz edən, paytaxtın Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasının fəaliyyətinə ciddi təhlükə yaradıb. Nəzərə alınsa ki, su səviyyəsinin günü-gündən aşağı düşməsi stansiyaya soyutma suyunun götürülməsində ciddi problem yaradırdı, o zaman ən böyük həcmdə enerji istehsal edən və ümumi gücü 800 meqavat olan “Şimal-1” və “Şimal-2” Elektrik Stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə dayandırması qaçılmaz olacaqdı. Yeni estakada və su nasos stansiyalarının tikilməsi isə nəinki stansiyaları xilas edəcək, üstəlik daha dərinlikdən götürüldüyünə görə soyutma suyu 2,6 dərəcə aşağı tempraturda olacaq”, – deyə o, qeyd edib.

“Yeni estakada üzərində hər iki tərəfdən ümumilikdə 4 boru çəkiləcək və 2 nasos stansiyasında 8 nasos fəaliyyət göstərəcək. Estakadanın tikinti prosesi növbəli iş prinsipi əsasında aparılır. Xəzər dənizində su səviyyəsinin düşməsinə görə yeni estakada və su nasos srtansiyasının tikilməsi “Şimal” Elektrik Stansiyasından əvvəl “Sumqayıt” Elektrik Stansiyasında uğurla həyata keçirilib, öz müsbət nəticəsini verib. “Şimal” Elektrik Stansiyasının yeni suqəbuledici kompleksinin tikintisini də xarici şirkətlər deyil, yerli şirkət həyata keçirir. Layihənin icrasının gələn il başa çatdırılması nəzərdə tutulur”, – deyə “Azərenerji” rəsmisi əlavə edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər