Bakıda ətrafında lüks yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihəsi “Xəyal Adası” və ya “Dream Land” 2023-cü ili də böyük həcmli zərər edib.
Banker.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, il ərzində 6.56 milyon manat zərər edib. Zərər öncəki illə müqayisədə 2.33 mln. manat və ya 26 faiz azalmadır. 2022-ci ildə şirkət üçün maliyyə baxımından uğurlu tamamlanmamışdı və 8.89 mln. manat zərər etmişdi.
Üst-üstə illərdir yığılan zərərin həcmi artıq 10.55 mln. manata gəlib çatıb. Bununla belə, hələ ki, kapital mövqeyinə o qədər də güclü təsiri yoxdur. Belə ki, “Xəyal Adası” MMC-nin 100 mln. manat nizamnamə kapitalı var.
Şirkətin zərərində böyük tətikləyici amil onun adminstrativ xərclərinin yüksəlməsidir. Məsələn, ötən il gəlirlərini illik müqayisədə 20 faiz artımla 36.49 mln. manata yüksəlib. Satışların maya dəyəri 15 faiz artımla 17.29 mln. manata yüksəlib ki, bu da ümumi mənfəət 19.2 mln. manat təşkil edib.
Layihənin ən iri xərci ümumi və inzibati xərclərdir ki, bu xərclər də illik 12 faiz artımla 20.78 mln. manata yüksəlib.
“Xəyal Adası”nın uzunmüddətli aktivlərinin həcmi 268.12 mln. manat cəmi aktivləri isə 317.89 mln. manata çatıb.
Şirkətin cəmi öhdəlikləri isə 161.1 mln. manat olub.
12 yanvar 2015-ci il tarixə olan məlumata görə, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunub.
2006-cı ildə təsis edilən “Xəyal Adası” MMC-nin 100 mln. manatlıq nizamnamə kapitalının 70 faizi “Global Agro Industry FZCO” şirkətinə, 30 faizi isə “Agro Land Development” MMC-yə məxsusdur. Hər iki şirkət Azersun Holdinq-ə daxildir.