Bakıdan əhali ən çox bu rayonlara gedir

Bakı Beynəlxalq Avtovağzal Kompleksində rayonlararası avtobuslar tam olaraq əvvəlki qaydada xətlərə buraxılıb.

Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, xəttə iritutumlu avtobuslar buraxılıb. Onun sözlərinə görə, hazırda Bakıdan regionlara çıxış daha çoxdur: “Xüsusilə Bakıdan Gəncə, Şəki, Qax, Zaqatala, Lənkəran, Quba istiqamətində sərnişin axını daha çoxdur”.

N.Allahyarova bildirib ki, avtobusların sayı tələbata uyğun tənzimlənir: “Alınan biletlərin sayına uyğun avtobuslar xəttə buraxılır. Əgər tələbat artsa, daha çox avtobusun buraxılması təmin ediləcək”.

O əlavə edib ki, həm sürücülərin, həm də sərnişinlərin avtobuslarda tibbi maskadan istifadə etməsi məcburidir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.