Qazaxıstanın aşağı büdcəli “FlyArystan” aviaşirkəti yay mövsümü üçün Bakı-Astana-Bakı istiqaməti üzrə aviabiletlərin satışına başlayıb.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, Bakı və Qazaxıstanın paytaxtı arasında uçuşlar iyunun 2-dən başlayacaq və həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günü həyata keçiriləcək.
Bundan əvvəl aviaşirkət 2025-ci il yaz-yay mövsümü üçün aviabiletlərin satışının başladığını elan etmişdi. Artıq sərnişinlər Astana və Qazaxıstanın digər şəhərlərinə “FlyArystan” mobil tətbiqi, şirkətin www.flyarystan.com rəsmi saytı və digər mövcud satış kanalları vasitəsilə ən sərfəli qiymətlərlə bilet əldə edə bilərlər.
“FlyArystan” “Air Astana” qrupunun törəmə şirkəti olan Qazaxıstanın aşağı büdcəli aviaşirkətidir və 2019-cu ilin may ayından fəaliyyətə başlayıb.