34 C
Baku
Wednesday, August 17, 2022

Bakıdan Batumiyə birbaşa uçuşlar bərpa olunur

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi – “Buta Airways” bu ilin iyun ayından yay cədvəli çərçivəsində Bakı-Batumi marşrutu üzrə və əks istiqamətdə uçuşlar yerinə yetirməyə başlayacaq.

Bu barədə aviaşirkətdən bildirilib.

Bakı-Batumi-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə – cümə və bazar günləri uçuşlar həyata keçirəcək. Batumi şəhərinə uçuş aviaşirkətin Tbilisidən sonra Gürcüstana 2-ci bərpa olunmuş beynəlxalq istiqamətidir.

Son xəbərlər
Oxşar xəbərlər