12 C
Baku
Friday, March 29, 2024

Bakıdan bu şəhərə də aviareys ləğv olunub

 

İyulun 15-də həyata keçirilməli olan Süleymaniyə-Bakı-Süleymaniyə aviareysi ləğv edilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda verilən məlumata görə, “Iraqi Airways” aviaşirkətinin yerli vaxtla saat 19:00-da “IA 429” saylı Süleymaniyədən Bakıya uçuşu ləğv olunub. Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 20:00-da Bakıdan Süleymaniyə istiqamətində “IA 430” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-300” təyyarəsi ilə həyata keçirilməli idi.

Süleymaniyə-Bakı-Süleymaniyə aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.

AzərTac

Son xəbərlər
Digər xəbərlər