“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə aviareysləri bərpa edir.
Banker.az AZAL-a istinadən xəbər verir ki, sentyabrın 30-dan etibarən bu istiqamətdə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.