8 C
Baku
Sunday, November 17, 2024

Bakıdan Dubaya və İstanbula aviareyslər üçün daha böyük təyyarələr ayrılıb – Rəsmi

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı şəhərindən tələbatın daha çox olduğu istiqamətlər üzrə – Dubay və İstanbul şəhərlərinə yerinə yetirdiyi reyslərə böyük tutumlu genişgövdəli hava gəmiləri ayırır.

Banker.az AZAL-a istinadən xəbər verir ki, Bakı-Dubay-Bakı və Bakı-İstanbul-Bakı marşrutları üzrə həyata keçirilən reyslərə tələbatın artması ilə əlaqədar, AZAL iyunun 15-dən sentyabrın 15-dək müddət ərzində böyük tutumlu hava gəmilərindən istifadə edəcək.

15 iyundan etibarən aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportundan Dubay şəhərinə Boeing 767, İstanbul şəhərinə isə Boeing 787 (Dreamliner) tipli genişgövdəli hava gəmiləri ilə uçuşlar yerinə yetirməyə başlayır.

Son xəbərlər
Digər xəbərlər