-1 C
Baku
Sunday, December 15, 2024

Bakıdan İordaniya paytaxtına birbaşa reys açılır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İordaniyanın paytaxtı Ammana birbaşa reys açır.

Xarici mətbuat xəbər verir ki, Bakı-Amman istiqamətində birinci reys mayın 10-da həyata keçiriləcək, Ammandan Bakıya qayıdış isə mayın 17-də nəzərdə tutulub. Deməli reyslər hər həftənin çərşənbə axşamı günləri həyata keçiriləcək.

Biletlərin ilkin satış qiyməti may ayı üçün 665 manat, iyun ayı üçün 869 manat, iyul ayı üçün isə 1 187 manatdır.

Xatırladaq ki, birbaşa aviareysin açılması məsələsi bu il aprelin 4-də AZAL-ın prezidenti Cahangir Əsgərovun İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Qoşeh ilə keçirdiyi görüşdə müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər