Aprelin əvvəlindən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Moldovanın paytaxtı Kişineu şəhərinə uçuşların sayını artırıb.
Bu barədə Kişineu Beynəlxalq Hava Limanından məlumat verilib.
Məlumata görə, aprelin 1-dən Bakı-Kişineu-Bakı istiqamətinə uçuşlar həftədə 4 dəfə – bazar ertəsi, çərşənbə, cümə, şənbə günləri yerinə yetiriləcək.
Qeyd edək ki, AZAL bu istiqamətdə uçuşları sentyabrın 15-dən həftədə iki dəfə – bazar ertəsi və cümə günləri yerinə yetirir.