17 C
Baku
Saturday, May 4, 2024

Bakıdan Kişineu istiqamətində uçuşların sayı artır

Aprelin əvvəlindən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Moldovanın paytaxtı Kişineu şəhərinə uçuşların sayını artırıb.

Bu barədə Kişineu Beynəlxalq Hava Limanından məlumat verilib.

Məlumata görə, aprelin 1-dən Bakı-Kişineu-Bakı istiqamətinə uçuşlar həftədə 4 dəfə – bazar ertəsi, çərşənbə, cümə, şənbə günləri yerinə yetiriləcək.

Qeyd edək ki, AZAL bu istiqamətdə uçuşları sentyabrın 15-dən həftədə iki dəfə – bazar ertəsi və cümə günləri yerinə yetirir.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər