28 C
Baku
Saturday, July 27, 2024

Bakıdan Naxçıvana uçan təyyarə texniki nasazlıq səbəbindən geri qayıdıb

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən “Azərbaycan Hava Yolları” QSC- (AZAL) məxsus “Airbus A319” təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş icazəsi istəyib.

AZAL-dan Banker.az-a verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.

Son xəbərlər
Digər xəbərlər