Bu yaz “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edir.
Banker.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” məlumat yayıb.
Cədvəldə həftədə 2 dəfə – çərşənbə axşamı və cümə günləri Bakıdan Parisə və əks istiqamətdə uçuşlar nəzərdə tutulub. İlk uçuş mayın 9-u həyata keçiriləcək.