Bakıdan rayonlara yenidən axın başladı – Foto

Karantin rejiminin uzadılması, metronun və həftəsonları ictimai nəqliyyatın bağlanması qərarından sonra Bakıdan rayonlara yenidən axın başlayıb.

Xeyli sayda insan Bakıdan çıxaraq rayonlara getmək istəyib. Bu səbəbdən də Bakıdan çıxışda əsas nəzarət postu olan Ələtdə böyük tıxac yaranıb.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında rayon qeydiyyatı olan, amma Bakıda işləyənlərin paytaxtdan çıxışına məhdudiyyət tətbiq ediləcəyini bildirmişdi.  Bu da əsasən məzuniyyətə çıxıb bölgələrə getmək istəyənlərə şamil edilir.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, 02.07.2020-ci il saat 00:00-dan 03.07.2020-ci il 00:00-dək olan müddət ərzində 720 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları