Bakıdan Rusiyanın üç şəhərinə yeni reyslər həyata keçiriləcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu ilin mart ayından Rusiyanın Novosibirsk, Yekaterinburq və Samara şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Banker.az AZAL-a istinadən xəbər verir ki, martın 16-dan həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı Novosibirskə, martın 19-dan isə həftədə iki dəfə – çərşənbə və bazar günü Yekaterinburqa aviareyslər həyata keçiriləcək.

AZAL-in aşağıbüdcəli törəməsi – “Buta Airways” isə martın 18-dən həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günü Samaraya uçuşlar reallaşdıracaq.

Son xəbərlər
Digər xəbərlər