7 C
Baku
Sunday, December 15, 2024

Bakıdan “SprinkleBit”ə 10 milyon dollar yatıran investor

ABŞ-ın San-Dieqo ştatında yaradılan  fond ticarəti üzrə sosial şəbəkə platforması “SprinkleBit” Bakıda yeni təsis edilən GTC adlı özəl şirkətdən birdən birə 10 milyon dollar kapital cəlb edib. Virtualaz.org Amerika KİV-lərinə istinadən xəbər verir ki, bu məbləğ 5 il əvvəl yaradılan online-birja üçün rekord sayıla bilər. Çünki onun kapitallaşması indiyədək cəmi 3.5 milyon dollar idi.

Platformanın rəhbəri Aleksandr Vallin deyib ki, Bakıdan olan investorların sayəsində onlar istifadəçilər bazasını genişləndirə və əhəmiyyətli pul axınını təmin edə biləcəklər. “SprinkleBit”in hazırda cəmi 13 əməkdaşı var, ancaq GTC firması ilə sövdələşmədən sonra onlar bütün əməliyyatlarını San-Dieqodan Nyu-Yorka keçirməyə və orada daha 7 əməkdaş işə götürməyə hazırlaşırlar.

SprinkleBit-in ən əsas özəlliyi ondan ibarətdir ki, bu platformanın səhm indekslərini proqnozlaşdıra bilən proqramı (VPİ) var. Həmin proqram San-Dieqodakı Kaliforniya universitetinin tələbələri tərəfindən hazırlanıb. Proqram imkan verir ki, platforma istifadəçiləri hər bir səhmin qiymətinin necə dəyişəcəyini proqnozlaşdırsın.

 

128008 src

“SprinkleBit” əvvəlcə sosial şəbəkələr üzərindən səhmlər barədə məsləhətlər verən investorlara təlim keçən platforma kimi fəaliyyətə başlayıb. 2014-cü ildən isə broker xidmətləri üzrə lisenziya alaraq qiymətli kağızlar birjasına çevrilib. Hazırda platformanın ABŞ-da və başqa ölkələrdə 10 minə yaxın istifadəçisi var.

Vallin deyib ki, o, GTC firması ilə isveçrəli bankir vasitəsilə əlaqə yaradıb. Onun sözlərin görə, GTC Bakı, Cenevrə və Londondan olan investorlara məxsusdur. GTC bu ay Bakı Fond Birjasına üzv olacaq, gələcəkdə isə Honkonq, Frankfurt birjalarına çıxmağı planlaşdırır.

Virtualaz.org

Bizi twitterdə izləyin @Bankeraz

Son xəbərlər
Digər xəbərlər