Gələn aydan “Buta Airways” şirkətinin Tehran (İran) istiqamətində olan bütün reysləri “İmam Xomeyni” beynəlxalq hava limanının (IKA) yeni “Salam” terminalına həyata keçiriləcək.
Şirkətdən Report agentliyinə verilən məlumata görə, biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.
Bakıdan Tehrana uçuşlar hər gün həyata keçirilir.