2 C
Baku
Cümə, Dekabr 3, 2021

Bakıdan uçan təyyarə güclü dumana görə başqa aeroporta enib

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Buta Airways”in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysini həyata keçirən hava gəmisinin kapitanı İstanbulun yeni hava limanına enməyə qərar verib.

Aviaşirkətdən  verilən məlumata görə, təyyarə yerli vaxtla saat 10:50-də uğurlu eniş edib.

“Əgər hava səraiti yol verərsə, təyyarə sərnişinlərin daşınması üçün İstanbulun yeni hava limanından Sabiha Gökçən Hava Limanına yola düşəcək”, – deyə “Buta Airways”dən bildirilib.

Son xəbərlər
Oxşar xəbərlər
X