“BakıKart”ın internet səhifəsi bərpa edilib”.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
O bildirib ki, artıq vətəndaşlar rahat şəkildə “BakıKart”dakı hesablarına daxil olmaqla şəxsi məlumatlarını və balanslarını görə, eyni zamanda müvafiq əməliyyatları asanlıqla icra edə bilərlər.
“Qeyd edək ki, “BakıKart”dakı hesablar və oradakı vəsaitlər silinməyib. Vətəndaşlar internet səhifəsi üzərindən hesablarında olan vəsaiti “BakıKart” fiziki kartlarına köçürə, balanslarını artıra, ödəniş və digər əməliyyatlardan istifadə edə bilərlər”, – deyə mətbuat katibi vurğulayıb.