“BakıKart” tətbiqinin işində problem yaranıb. Artıq üçüncü gündür, “BakıKart” tətbiqi işləmir.
Bununla bağlı sosial şəbəkələrdə şikayətlər yazılıb. Şikayətçilər qeyd edirlər ki, “BakıKart” tətbiqinin üzərində ciddi işləməyə, təkmilləşdirməyə ehtiyac var. Çünki istifadəyə verildiyi vaxtdan doğru-düzgün işləmir: ödəniş daxil edilən zaman kəsilmələr baş verir, proqram olduqca çətin açılır, “Birbank”la yaradılan QR-kodu validator çox gec oxuyur, izləmə funksiyası işləmir, bəzən izləmədə gələcək avtobusun vaxtı 15 dəqiqə göstərdiyi halda, avtobus üç dəqiqə sonra dayanacağa gəlir və s.
Tətbiqin hansı səbəbdən işləmədiyi məlum deyil.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlanıb. Qurum məsələyə aydınlıq gətirəcəyini bildirib.