26 C
Baku
Sunday, July 6, 2025

Bakının ən böyük prospektlərindən birində hərəkət tam məhdudlaşacaq

Bakının ən böyük prospektlərindən birində hərəkət tam məhdudlaşacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, 6 iyul saat 6:00-dan gecəyarısınadək Bakı şəhəri, Ziya Bünyadov prospektində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Alı Mustafayev və Ceyhun Səlimov küçələrinin kəsişməsindən və Əbdülvahab Salamzadə küçəsinin Xutor tunelinə giriş hissəsindən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər