Bakının Nərimanov rayonunda Fətəli xan Xoyski küçəsindən Əhməd Rəcəbli küçəsinə giriş məhdudlaşdırılıb.
Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.
Məlumata görə, məhdudiyyət Əhməd Rəcəbli küçəsindəki binada baş verən yanğınla bağlıdır.