Bakıda fəaliyyət göstərən bəzi məktəb və liseylər çox yüksək qiymətlərlə təhsil təklif edirlər.
Paytaxtımızda ən bahalı təhsil ocaqlarının qiymətləri ilə maraqlanıb və ortaya çox maraqlı rəqəmlər çıxıb. Əksər lisey və məktəblər yüksək təhsil haqqıyla məktəbli forması, uşaqlarların gündəlik qidalanması və məşğələlərin aid olduğunu deyir. Ancaq tələb olunan təhsil haqqı orta statistik azərbaycanlının illik qazancından dəfələrlə çoxdur.
Məsələn, İnternational School-a uşağı I sinifə yazdırmaq üçün 300 dollar qeydiyyat pulu, 1600 dollar fond pulu və 21900 dollar isə illik ödəniş tələb olunur. Ümumilikdə bir uşağı bu məktəbə yazdırmaq sizə təxminən 24500 manata başa gələcək.
Nüfuzlu məktəblərdən Oxford School-da da təhsil haqqı az deyil. Bu məktəbdə 1-8 siniflər üçün 14500, 9-11 sinif üçün 16500 manat təhsil haqqı ödəmək lazımdır. Məktəbəqədər təhsil isə nə az, nə çox düz 7 min manatadır.
Bahalı məktəblər silsiləsindən olan digər bir təhsil ocağı British School-dur. Burada 1-6-cı sinflər üçün Azərbaycan və xarici təmayüllü proqramlar müvafiq olaraq 16-18 min manatadır. 7-12-ci siniflər üçün isə 17-19 min manat təhsil haqqı tələb olunur.
baku.ws