Bakıda dövlət mənzil fonduna aid binaların təmiri üçün 25.1 milyon manatlıq müsabiqə elan olundu.
Banker.az xəbər verir ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxtın bir neçə rayonunda dövlət mənzil fonduna aid binaların təmiri ilə bağlı açıq müsabiqə elan edib.
Müsabiqə Bakı şəhərinin Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonları ərazisində yerləşən binalarda cari və əsaslı təmir işlərinin görülməsini əhatə edir.
Layihə üzrə ehtimal olunan qiymət 25 110 711.49 manat təşkil edir.






