“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) paytaxtın bir neçə rayonunda yerləşən dövlət mənzil fonduna aid binaların təmiri ilə bağlı keçirdiyi açıq tenderə yekun vurub.
Banker.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib.
Müqaviləyə əsasən, qalib şirkət Bakı şəhərinin Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid yaşayış binalarının təmir işlərini həyata keçirəcək.
Bağlanmış satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 24 985 364 manat təşkil edir.







