21 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Bakının bəzi avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib

Screen Shot 2021 09 02 at 14.34.20

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qurumdan bildirilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur. Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər