Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.
Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.
“Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş edirik”, – BNA-dan bildirilib .