Bakının Baş Planı ilk dəfə bazar iqtisadiyyatının tələblərinə cavab verəcək

0

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi indiyə qədər Azərbaycanın 51 şəhərinin Baş Planını hazırlayıb ki, bunlardan da 42-si artıq təsdiqlənib, 9-nun isə yaxın illərdə təsdiqlənməsi gözlənilir”,

Report agentliyi xəbər verir ki, bunu Komitə sədrinin müşaviri Rüfət Mahmud deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Bakının hərtərəfli inkişafını təmin etmək məqsədilə ölkə prezidentinin tapşırıqlarına uyğun oıaraq hazırda komitə paytaxın gələcək 20 il üçün inkişaf istiqamətlərini müəyyən edəcək Baş Planını hazırlayır. Sözügedən sənəd bazar iqtisadiyyatının tələblərinə cavab verəcək ilk Baş Plan olacaq.

Baş Plan müvafiq şəhrsalma sənədləri və mövcud vəziyyət çərçivəsində, nüfuzlu şirkətlərin iştirakı ilə hazırlanır. Bakının inkişaf konsepsiyası əsasən 4 prioritet istiqamətdə ərsəyə gətiriləcək: “Birinci prioritet davamlı inkişafın təmin olunması məqsədilə ənənəvi mərkəzlərlə yanaşı alternativ mərkəzlərin formalaşdırılması, ikinci prioritet ətraf mühitin şəhər əhalisi üçün əlverişli olması, ekoloji təmizlik, üçüncü prioritet milli və mədəni irsin, şəhərin memarlıq nümunələrinin qorunması və mədəni həyatının zənginləşdirilməsi, dördüncü prioriotet isə şəhərin iqtisadiyyatının, o cümlədən turizmin inkişafını təmin etməkdir”, – deyə o, qeyd edib.