10 C
Baku
Saturday, November 23, 2024

Bakının Baş Planı tezliklə təsdiq ediləcək

Bakının Baş Planı üzərində iş başa çatıb və tezliklə təsdiq ediləcək.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mütəxəssislərin Bakıya gəlmək imkanı olmayıb, odur ki, məsələ bir az uzanıb. Sənəd hazırdır. Bir qədər əvvəl Bakıda və Sumqayıtda müəyyən sərhəd dəqiqləşmələri olub və bu məsələlər Baş Plana daxil edilib, yaxın günlərdə sənəd Nazirlər Kabinetinə yenidən təqdim ediləcək və tezliklə təsdiq olunacaq”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər