15 C
Baku
Friday, March 29, 2024

Bakının Baş planının hazırlanması işləri satın alınır

“Bakı şəhərinin Baş planının hazırlanması” işlərinin satın alınması barədə açıq tender elan edilir.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra Komitə), Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” 27 iyun 2018-ci il tarixli 256 nömrəli Sərəncamının icrası ilə əlaqədar “Bakı şəhərinin Baş planının hazırlanması işlərinin satın alınması məqsədilə açıq tenderə təkliflər təqdim etməyə dəvət edir. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun şərtləri əsasında 1 lot üzrə keçirilir.

İddiaçılar tender təkliflərini 18 fevral 2019-cu il yerli vaxtla saat 15:00-a qədər, Bakı şəhəri, Füzuli küçəsi, 65 ünvanında yerləşən Komitəyə təqdim etməlidirlər. Təklif zərfləri 19 fevral 2019-cu il saat 15:00-da eyni ünvanda açılacaq.

Tenderdə iştirak haqqı 850 AZN və ya 500 ABŞ dollarıdır.

Son xəbərlər
Digər xəbərlər