2 C
Baku
Saturday, December 14, 2024

Bakının bu ərazilərində su olmayacaq

Avqustun 27-28-də Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilir ki, məhdudiyyət Tbilisi prospektindən keçən magistral su kəmərlərinin qəzalı hissələri dəyişdirilməsi ilə bağlıdır.

Qeyd olunub ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Bakı şəhəri Tbilisi prospektindən keçən magistral su kəmərlərinin qəzalı hissələri dəyişdirilir. 1960-70-ci illərdə çəkilmiş bu kəmərlər uzun illər istismar olunduğundan qəzalı vəziyyətə düşüb.

Tbilisi prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən 160 mm və 500 diametrli polad magistral su kəmərləri müvafiq olaraq 160 mm və 400 mm diametrli polietilen su xətləri ilə əvəz olunur. Yeni çəkilən su kəmərlərindən məhəllədaxili şəbəkələrə birləşmələr verilir.

Hazırda ərazidə təmir briqadaları və xüsusi texnika intensiv qaydada işləyir.

 

 

Son xəbərlər
Digər xəbərlər