26 C
Baku
Sunday, July 6, 2025

Bakının bu ərazilərində yol hərəkətinin təşkili dəyişdiriləcək

Bakının Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verilir.

Məlumata görə, qeyd edilən yolayrıcı svetofor vasitəsi ilə nizamlanacaq. Bununla əlaqədar, kəsişmədə svetofor obyekti quraşdırılıb. Digər zəruri işlər yekunlaşdıqdan sonra svetoforlar işə salınacaq.

Qeyd edək ki, dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq. Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün əlverişli şərait təmin olunacaq.

cf058bd6 fea6 4915 8e6a 25234896db5521ba157b 2a6c 4abf 8405 a08f33197d5e847ba26e df73 45d1 8fd6 26f8caec206f

©Report

Son xəbərlər
Digər xəbərlər